Beynəlxalq şöbə: Sentyabrın 11-i azadlıq və ədalət iddia edən, müxtəlif bəhanələrlə, o cümlədən terrorizmlə mübarizə adı ilə islamofobiyanı dünyaya yaymaq istəyən Amerikada ticarət mərkəzinə hücumun 10-cu ildönümü idi.
İqna Quran Xəbər Agentliyi (İQNA): 11 sentyabr terror hücumundan artıq 10 il keçdi. Bu hadisədə 3000-dən çox insan tələf oldu. Hadisənin ilk şübhəli şəxsi Ben Laden və onun təşkilatı Əl-Qaidə idi. Bu şəxsin cari ilin may ayında naməlum şəkildə öldürüldüyü xəbəri yayıldı.
11sentyabr hadisəsini diqqətlə təhlil edərkən çox az adam tapmaq olar ki, ABŞ-ın bu hadisəni terrorozmlə mübarizəyə yol açmaq üçün təşkil etdiyiə inanmasın. Amerika bu yol ilə də müsəlmanları dünyaya terrorçu kimi təqdim edərək İslam dünyasına hakim kəsilmək istəyirdi. Əlqaidə də öz növbəsində hər il bu günü bayram edir və bu hadisəyə “Nyu York döyüşü” adı verir.
Bu hadisə dünyanın bir çox müstəqil qəzet yazarlarını və təhqiqatçıların diqqətini özünə cəlb etdi və onların hər biri özünəməxsus üsulla hadisəni təhlil etməyə çalışdılar. Bu yazarlardan biri amerikalı təhqiqatçı Vilyam Blam yazir ki, 11 sentyabr hadisəsi ilə əlaqədar mən Amerikanın bir çox yalan hesabatlarının və planlarının şahidiyəm.
Amerikanın Pitsburq şəhərinin müsəlmanları da bu hadisənin müsəlmanların nüfuzunu alçaltmaq üçün törədildiyini deyirlər. Onların dediyinə görə, bu hadisədən qabaq dinlər arasında xoşməramlılıq var idi, lakin hadisədən sonra münasibətlər xeyli soyudu və bəzi dinlərarası problemlərə yol açdı. 858071