İqna Quran Xəbər Agentliyi (İQNA): CPI xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının üzvü öz bəyanatında Misir və digər ərəb ölkələrindəki işğalçı sionist səfirliklərinin, mövcud olduğu ölkələrdə xalq və dövlət arasında problem yaratmaq üçün istifadə edilən casusluq yuvaları olduğunu dilə gətirib.
Mudəlləl həmçinin Misirdə işğalçı İsrail səfirliyi ətrafında meydana gələn hadisələri qiymətləndirərək qeyd edib ki, bu hadisələr Misir xalqının bölgədə sülh adına qəbul edilmiş “Camp David” razılaşmasından və İşğalçı rejimdən nə qədər narahat olduğunun bir göstəricisidir. O, həm də işğalçı İsraillə əlaqəsi olan ərəb dövlətlərinə bu rejimlə əlaqələrini sona çatdırmağa çağırışlar etmişdir. 859317