İqna Quran Xəbər Agentliyi (İQNA): OCİ xəbər agentliyinin verdiyi məlumata görə, İslam Konfransı Təşkilatı 11 sentyabr hadisələrinin ildönümü bəyanatında 57 ölkənin nümayəndəsi olaraq terrorizmi və terrorist hərəkətləri təsdiq etmədiklərini və bu hadisələri pislədiklərini bildirib.
Bəyanatda həmçinin 11 sentyabr hadisələrinin ardından bu terror aksiyasını ilk pisləyən təşkilatlardan birinin İKT olduğu vurğulanıb.
İslam Konfransı Təşkilatı bəyanatda həmçinin təşkilata üzv ölkələrin hamısının terrorizmin hər növünü pislədiyini ifadə edib, qurumun 10 illik iş planı daxilində bu və buna bənzər terror hərəkətləri ilə mübarizənin davam etdiyi də bildirilib. 859064