İqna Quran Xəbər Agentliyi (İQNA): Beynəlxalq məsələlər üzrə araşdırmaçı, professor Muhəmmədkazim Səccadpur “Asiya din və millətlərarası dialoq” mövzusunda Tehranda keçirilən beynəlxalq konfransda çıxış edərək deyib: “İnsanlar dünyanın müxtəlif bölgələrində yaşayırlar. Coğrafi bölgüdən başqa mədəniyətlər də fərqlidir. Biz dünyada millətlərarası münasibətlərə körpü olacaq sahələrə diqqət etməliyik. Hal-hazırda mədəniyyət ən mühüm əlaqə vasitəsidir.”
O, həmçinin bildirib ki, bütün asiyalılar insanlar arasında münasibətlərin yaranması üçün çalışmalıdırlar. Bu yaxınlaşmanın ən çox mədəniyyət sahəsində uğur qazanacağına əminəm. 859357