IQNA

16:18 - September 21, 2011
Xəbər sayı: 2191573
Beynəlxalq şöbə: İşgəncə nəticəsində şəhid olan bir gənc üçün nümayiş təşkil edən qəzəbli Bəhreyn xalqına Ali Xəlifə gücləri tərəfindən hücum olunub.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əl Aləm kanalının verdiyi məlumata görə, Ali Xəlifənin təhlükəsizlik gücləri sentyabrın 18-də nümayiş təşkil edən insanlara hücum edib və bir neçə nəfəri yaralayıb. Nümayişçilərdən bir çoxu gözyaşardıcı qazdan nəfəs darlığı keçirərək huşunu itirib.
Xatırladaq ki, nümayiş Cəfər Həsən Yusif adlı gəncin şəhid olması münasibətilə təşkil edilib. Cəfər Həsən Yusif, Ali Xəlifə gücləri tərəfindən nəzarətə alınmışdı və sərbəst buraxıldıqdan sonra zindanda gördüyü işgəncələr səbəbindən xəstəxanaya aparılmışdı. Onun ailəsi Ali Xəlifə rejimindən uşaqlarının müalicəsi üçün xaricə çıxarılmasını istəmişdilər. Ancaq rejim bunu qəbul etməmişdi.Nəticədə Cəfər Həsən Yusif bu yaxında şəhid olub. 863429
Ad:
E-poçt:
* Comment:
* captcha: