IQNA

Səudiyyə Ərəbistanının vəliəhdi vəfat etdi

14:15 - October 22, 2011
Xəbər sayı: 2209370
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanının vəliəhdi Şahzadə Sultan İbn Əbdüləziz Nyu-York xəstəxanalarından birində vəfat etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): Əl-aləm telekanalının məlumatına əsasən, Şahzadə Sultan İbn Əbdüləziz 85 yaşında dünyadan köçdü. O iki həftə öncə müalicə almaq üçün Amerikaya göndərilmişdir.
Sultan İbn Əbdüləziz Ali Səud 1931-ci il yanvarın 5-də dünyaya gəlmişdir. O Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazirin müavini, hava qüvvələrinin müdafiə naziri olmuşdu.
Sultan İbn Əbdüləziz Məlik Əbdüləzizin 15-ci övladı idi. 884211
captcha