İran Quran Xəbər Agentliyi (İQNA): IQNA beynəlxalq xəbər agentliyinin məlumatına əsasən, İndoneziya ziyalılarından təşkil olunmuş müsəlman birliyinin rəhbəri İlham Əkbər Həbibi bu xəbəri verməklə dedi: bu sosial şəbəkə işə salınmaqla islam mədəniyyətinin inkişafına bir təkan veriləcək.
Onun sözlərinə görə. Məscidlər təkcə ibadət məkanı deyildir. Bu DİGİTAL şəbəkə məscidlərin unudulmuş şəkillərini ümumi və ictimai kütləyə nümayiş etdirir.
Həbibi həmçinin bildirib ki, bu sosial şəbəkədə İndoneziya məscidlərinə aid məlumatlar və məscidlərin tədris və dərs planları veriləcək.
Statistikaya əsasən, DMI İndoneziya məscidləri şurası tərəfindən bu şəbəkədə 900 mindən çox məscid qeyd olunmuşdur və təqribən 500 mini isə qeydiyyatdan kənarda qalıb. 917723