IQNA

Sudanda “Qüdslə birgə” adlı beynəlxalq qurultay işə başladı

22:50 - December 29, 2011
Xəbər sayı: 2247707
Beynəlxalq şöbə: “Qüdslə birgə” adlı beynəlxalq qurultay dey ayının 7-si Sudanın paytaxtı Xartumda Fələstin nümayəndə heyətinin iştirakı ilə işə başladı.
İran Quran Xəbər Agentliyi (İQNA): “smc.sd” xəbər bürosunun məlumatına əsasən, Fələstinin baş naziri İsmayıl Həniyyə və onun nümayəndə heyəti bu qurultayda iştirak etmək üçün Xartuma daxil oldu.
İsmayıl Xartum hava limanında müxbirlərlə görüşündə bildirdi: “Qüds beynəlxalq qurultayında iştirak etmək üçün Xartuma gəlmişəm”.
Həniyyə dedi: İslam ümmətinin hüquqlarını müdafiə etmək lazımdır. Hətta Fələstin torpağının bir qarış torpağı da düşmənlərin əlində qalmamalıdır və biz Fələstinin Qüds işğalçılarının əlində qalmasına icazə verməməliyik. 924787
captcha