IQNA

13:50 - January 13, 2012
Xəbər sayı: 2256289
Mədəniyyət və incəsənət şöbəsi: Küveyt, Livan, Qətər, Bəhreyn və Suriya ölkələrinin bir çox müsəlmanları Muxtarnamə serialını çox rəğbətlə qarşıladı, həmçinin ərəb dilinin tərcüməsinin vurğunu olmuşlar. Cavanların sözü ilə desək, bu film islam tarixinin həssas anlarının üzərindən kölgəni götürür.

İran Quran Xəbər Agentliyi (İQNA): Qərb və cənub-qərbi Asiya məntəqə şöbəsinin, səhər telekanalının ümumi əlaqələr şöbəsinin məlumatına əsasən, İranda yaşayan ərəb diplomatlarından biri ərəb ailələrində İran filmlərinin, seriyallarının çox rəğbət qazanması və onlara marağın yüksək olması barədə danışdı.
O həmçinin əlavə etdi: Bu serial bizim ailələr üçün islam tarixinin bir çox suallarına aydınlıq gətirir, belə ki, bəziləri öz suallarına cavab tapmaq üçün bir çox tarix kitablarına, xüsusən də internetə üz tutmuşlar.
Bu ərəb diplomatı bu cür dini serialların təsirinə işarə edərək dedi: Mənim fikrimcə bu serial ərəb və müsəlman ölkələrində şiələrin əli ilə hazırlandığına baxmayaraq, mədəniyyət baxımından çox təsirli olacaq.
933047

Ad:
E-poçt:
* Comment:
* captcha: