İran Quran Xəbər Agentliyi (İQNA): Avropa məntəqə şöbəsinin məlumatına əsasən, ölkə müsəlmanlarının işləri ilə məşğul olan təlim-təhsil şöbəsinin rəhbəri Vəliyullah Yəqubov dey ayının 28-i bu xəbəri elan etməklə dedi: Bu ölkənin seçki qanunları üçün azad şəraitin yaradılması gələcəkdə islam partiyasının yaranmasına görə imkan yaradır.
O bildirdi: Hal-hazırda da Rusiya məclisində mövcud olan bütün partiyalar islam əleyhinə deyillər və ilahi dinlərin dəyərlərini himayə etməyə, xüsusən də islam və müsəlmanlara hörmət etməyə hazırdırlar.
Qeyd olunmalıdır ki, “Ettefaqul Əl-muslimin” adlı islam partiyası miladi 1917-ci il kommunist inqilabından sonra Rusiyada fəaliyyət göstərmiş və hal-hazırda da Tatarıstan Respublikasının müsəlmanlarının işləri ilə məşğul olan təlim-təhsil idarəsi bu partiyanın genişləndirilməsi fikrindədir. 938748