IQNA

Almaniyada Avropanın ən böyük məscidin tikintisinə start verildi

7:06 - March 14, 2012
Xəbər sayı: 2291405
Beynəlxalq şöbə: Türkiyənin böyük şirkətlərindən birinin iştirakı ilə Almaniyanın “Köln” şəhərində Avropanın ən böyük məscidinin tikilişinə strat verildi.
İQNA xəbər agentliyinin Misir çapı olan “əl-Yəvmis-sabe” qəzetinə istinadən verdiyi məlumata əsasən Türkiyənin Almaniyada olan böyük şirkətlərindən biri Köln şəhərində Avropa və Almaniyanın ən böyük məscidinin tikilişini öhdəsinə götürüb.
Bu məscid 34 milyona yaxın yevro dəyərində vəsaitlə tikiləcək və sayca Avropanın mininci məscidi olacaqdır.
Köln məscidinin idarə şurasının rəisi bu barədə dedi: Bu məscid iki min nəfər namazqılan üçün nəzərdə tutulub. Burada Almaniyanın 4 milyonluq müsəlman cəmiyyəti üçün gözəl xidmətlər və dini ayinlərin icrası üçün əlverişli şərait yaradılacaqdır.
Köln şəhər meri “Ruterz” bu barədə deyib: Bu məscidin tikilməsi ilə Köln şəhəri dünyada məşhur olacaqdır.
Merin dediyinə görə bu məscid gələn il müsəlmanların istifadəsinə veriləcəkdir.

969999
captcha