İQNA xəbər agentliyinin “Əl-Mənar” televiziya kanalına istinadən verdiyi məlumata əsasən, Tunisin “Əl-Məhdiyyə” məntəqəsinin məhkəmə işçiləri Peyğəmbərə (s) olunan hörmətsizlik səbəbi ilə geniş axtarışlara başladılar. Facebook internet şəbəkəsində Peyğəmbərə (s) hörmətsizlik edən Tunisli gənc axtarışlardan sonra həbs olundu.
Məlumata əsasən, Tunisli gənc Facebook internet şəbəkəsində Peyğəmbərə (s) hörmətsizlik olunan şəkilləri yayımlayır və şəkillərin altında İslam Peyğəmbərinə (ə) təhqiramiz sözlər yazırmış.
Tunisli gənc bundan əlavə öz dostlarından iki nəfərə də təhqiramiz sözlər demişdi. Onların şikayətinə əsasən Tunis məhkəməsi bu gənci həbs etdi.
970845