IQNA

Fələstində Qurana hörmətsizlik məhkum olundu

16:06 - April 03, 2012
Xəbər sayı: 2297285
Beynəlxalq şöbə: Fələstinin “Cənin” vilayətinin müftisi bəyanat verərək bu vilayətdə Allaha və Qurana olunan hörmətsizliyi məhkum etdi.
İQNA xəbər agentliyinin Fələstin xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Cənin vilayətinin müftisi Şeyx Muhəmməd Əbur-rəb, ümumi nəqliyyat sürücülərindən birinin Allaha və Qurana hörmətsizliyini sərt şəkildə məhkum etdi.
Şeyx bildirdi: Xalqın gözü qarşısında belə çirkin addımın atılması açıq-aydın İslam dinindən xaric olmaqdır. Onlar Allah dərgahına tövbə etməli və Allahdan bağışlanmaq diləməlidirlər. Qurana ələni surətdə hörmətsizlik edən şəxs peşmançılıqdan elavə ümumi xalq qarşısında tövbə etməlidir. Dini etiqadlara hörmətsizliklərin qarşısını almaq üçün o şəxs mühakimə olunmalı və işdən qovulmalıdır. 976851
captcha