İQNA xəbər agentliyinin Avropa regionu üzrə şöbəsinin vedriyi xəbərə görə müsəlman cavanlarının festivalının 6-cı turu Tatarıstan respublikasının Dini işlər idarəsi tərəfindən cari ilin iyun ayının 25-dən 30-a kimi keçiriləcəkdir.
Tatarıstan respublikasının Dini işlər idarəsinin informasiya şöbəsinin verdiyi xəbərə görə bu festivalda Rusiyanın müsəlman cavanlarının qarşısında olan ən mühüm məsələlər barədə müzakirələr aparılacaqdır. Həmçinin təlim dövrələri, disputlar və müsabiqələr keçiriləcəkdir.
Xəbərə əsasən festival zamanı İslam dinin mühüm şəxsiyyətləri ilə görüşlər təşkil olunacaq və müsəlman cavanların dinin və müsəlman ictimaiyyətinin qarşısında vəzifələri aşılanacaqdır.
985235