IQNA

Tatarıstan, müsəlman cavanlarının festivalına evsahibliyi edəcək

23:13 - April 14, 2012
Xəbər sayı: 2304621
Siyasi-ictimai qrup: Rusiya müsəlman cavanlarının festivalının 6-cı turu cari ilin iyun ayının 23-dən 30-a kimi Tatarısatan respublikasında keçiriləcəkdir.
İQNA xəbər agentliyinin Avropa regionu üzrə şöbəsinin vedriyi xəbərə görə müsəlman cavanlarının festivalının 6-cı turu Tatarıstan respublikasının Dini işlər idarəsi tərəfindən cari ilin iyun ayının 25-dən 30-a kimi keçiriləcəkdir.
Tatarıstan respublikasının Dini işlər idarəsinin informasiya şöbəsinin verdiyi xəbərə görə bu festivalda Rusiyanın müsəlman cavanlarının qarşısında olan ən mühüm məsələlər barədə müzakirələr aparılacaqdır. Həmçinin təlim dövrələri, disputlar və müsabiqələr keçiriləcəkdir.
Xəbərə əsasən festival zamanı İslam dinin mühüm şəxsiyyətləri ilə görüşlər təşkil olunacaq və müsəlman cavanların dinin və müsəlman ictimaiyyətinin qarşısında vəzifələri aşılanacaqdır.
985235
captcha