IQNA

İmam Camaatların birinci konfransı Misirdə təşkil ediləcək

17:39 - April 16, 2012
Xəbər sayı: 2306174
Beynəlxalq Qrup: Misir İmam Camaatları və missionerlər dərnəyi, bu il 21 Apreldə hər il təşkil edilməsi planlanan ilk konfranslarını bu ölkədə təşkil edəcəklər.
İQNA - İran Quran Xəbər Agentliyi: Misirdə nəşr olunan "Elyevm Elsabi"- qəzetinin verdiyi xəbər görə bu konfrans "Camaat imamlarının ümmət birliyi üzərindəki təsirləri" adı altında "Əl-Əzhər" şeyxi Əhməd Tayyib nəzarəti ilə Əl-Əzhər yığıncaq salonunda təşkil ediləcək və iki gün boyunca davam edəcək.
İmamların qabiliyyətlərinin inkişaf etdirilməsi, təbliğ metodlarını irəlilətməsi bu konfransın hədəflərindən biri olaraq məqsəd qoyulmuşdur.
Misir camaat imamları və missionerlər dərnəyi tərəfindən, Respublika başçısı namizədləri, Əl-Əzhər səlahiyyətliləri, Üləma, Universitet müəllimləri, Ədəbiyyatçılar və Siyasətçilər bu konfransa qatılmaq üçün dəvət ediliblər.
Bu dərnək, Misirdə ilk olaraq təşkil edilən Camaat İmamları Konfransını ümmət birliyinin inkişaf etdirilməsi və gücləndirilməsi, Misirdəki siyasi güclər arasında uzlaşma təmin etmək hədəfində olduqlarını açıqlayıb.
985337
captcha