IQNA

Misir İsrailə təbii qaz ixracı razılaşmasını ləğv etdi

16:19 - April 25, 2012
Xəbər sayı: 2312207
Beynəlxalq qrup: Misir dövləti inqilabdan sonra əhəmiyyətli ilk siyasi addımını atdı və İsrailə qaz ixracı razılaşmasını ləğv etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): Livanda nəşr olunan Əs-səfir qəzetinin verdiyi xəbərə görə, bu hərəkət bu ölkədəki 25 Yanvar inqilabından sonra həcmli siyasi dəyişikliklərin göstəricisi olaraq tək tərəfli olaraq İsrailə təbii qaz ixracı müqaviləsinin ləğv edildiyini bildirdi.

Bu istiqamətdə Misirin tanınmış ixracat şirkəti ‘EGAS' rəsmi bildirişini İsrailə qaz idxal edən şirkət ‘EMG' –yə göndərərək tək tərəfli olaraq qaz razılaşmasının ləğv edildiyini İsraillə bildirdi.

Misir dövlətinin bu hərəkətinin ardından İsrailli səlahiyyətlilər qəzəblənərək, Tel Avivin yalnız iqtisadi deyil, siyasi olaraqda bu mövzuda eşitdiyi narahatlığı dilə gətirdi.

Ancaq Misir İnqilabından sonra , Hüsnü Mübarək sonrası ‘Sina' bölgəsində İsrailin bölgədəki qaz ixrac boru xəttlərinə edilən 15 partlamaya görə bu qərarın alınacağı təxmin edilirdi. Lakin bu İsrailli səlahiyyətlilər üçün gözləilməz oldu.

Bu hesabatda Sionist qəzeti, Sionist səlahiyyətlilərin İsrailə qaz ixracatının ləğvinin böhrandan ötəri olmadığına inandıqlarını və İsrailin xüsusi şirkəti və Misirin dövlət şirkətləri arasındakı anlaşılmazlıqdan ötəri meydana gəldiyini bildirdi.

Misir və İsrail arasında 2005-ci ildə edilən razılaşma əsasında önümüzdəki 20 il içərisində 7 milyard kub metr təbii qazın İsrailə ixracını Misir öz öhdəsinə almışdı.
991715

captcha