İran Quran Xəbər Agentliyi (İQNA), Qərb və Cənub Qərb Asiya bölgə şöbəsinin bildirdiyinə görə, Həcc və Türkiyə Diyanət İşləri Başçılığı statistikalarına görə Ümrə xidmətləri ilə əlaqədar olaraq Həccə getmək istəyənlərin bir milyon yüz altmış min adam olduğu və indiyə qədər bir milyon yüz altmış min altıyüz əlliyeddi adamın mənəvi səfər üçün qeydə alındığı açıqlanmışdır.
Diyanət İşləri Başçılığı, bunlardan təxminən 870 min adamın ikinci dəfə həccə getmək üçün müraciət etdiyini və 300 min adamın isə ilk dəfə qeyd edildiyi bildirdi.
Bu hesabata görə, Həccə ad yazdıranların orta hesabla ən yaşlısı üç nəfər 100 yaşlı qoca və ən kiçiyi isə 3 nəfər 14 günlük uşaqdır.
Türkiyə Həcc və Ümrə Xidmətlərinin bəyannaməsinə görə, xanımların sayının kişilərə görə daha çox olduğu və şəhərlərə arasındada ən çox qeyd edilən şəhərlərin İstanbul, Ankara, Konya, Bursa, İzmir, Qaziyan Tape və Kayseri olduğu bildirilib.
995929