IQNA

"Qurani-Kərimin tarixində araşdırmalar" kitabı Rusiyada 2011-ci ilin kitabı seçildi

12:37 - May 02, 2012
Xəbər sayı: 2316872
Quran fəaliyyətləri üzrə qrup: Seyid Məhəmməd Baqir Höccətinin "Qurani-Kərim tarixində araşdırmalar" kitabı "Dini-Tarixi və Mənəvi Ədəbiyyat" kitabları arasında Rusiyada 2011-ci ilin ən yaxşı dörd kitabından biri olaraq seçildi.
İran Quran Xəbər Agentliyinin (İQNA), İslami Mədəniyyət və Əlaqələr Təşkilatı Şöbəsinin bildirdiyinə görə, yer tutanların mükafat mərasimi Peterburqda Yeddinci Beynəlxalq Kitab salonunun açılılışıyla eyni zamanda təşkil ediləcək.
İslami Araşdırmalar Təşkilatı "Qurani-Kərimin tarixində araşdırmalar" kitabını Rusiya Müftilər İdarəsinin əməkdaşlıqı ilə nəşr etdi. Quran elmləri sahəsində yazılmış bu kitab nəşr olunduğundan bəri İslami Təhsil Mərkəzləi t'r'find'n yaxşı qarşılanmışdır.
İndiyə qədər Quran proyektləri vəqfi iyirmi cild kitabı on iki ünvanla nəşr etmişdir. Nümunə olaraq Əllamə Təbatəbai, Ustad Mutəhhəri, Ustad Qiraəti və Ustad Məhəmməd Hüccətinin əsərlərini göstərmək olar.
Rusiya kitab nəşrçilərinin 21-ci rəqabəti bu ölkənin 37 bölgəsindən 167 nəşrçinin və 645 kitabın iştirakıyla reallaşdı. Bu rəqabətin nəticəsində Rusiya İslam Araşdırmaları İnstitutu tərəfindən nəşr olunan "Qurani-Kərimin tarixində araşdırmalar" kitabı Rusiyanın 2011- ildə seçilmiş kitablarından biri oldu.
996482
captcha