Höccətul-İslam vəl-müslimin İsmayıl Pirniya – Cameətul-Mustafa əl-Aləmiyyə universitetinin Madaqaskardakı nümayəndəliyinin məsulu, İQNA-nın Afriqa regionu şöbəsi ilə müsahibəsində bu məsələni açıqlayaraq deyib ki, bu toplantıda İmam Sadiq (ə), Təhur, Darul-Hikmət mədrəsələrindən olan oğlan və qız tələbələrin və həmçinin dini proqram həvəskarı olan şiələrin iştirakı ilə İmam Əlinin (ə) şəxsiyyətinin müxtəlif cəhətləri xarakterizə edilib öyrəniləcək.
O dedi: Bu iclas Cameətul-Mustafa əl-Aləmiyyə universitetinin nümayəndəliyinin təşəbbüsü və Şeyx Hənifin - Tananaryo şəhərinin "Ər-Rəsulul-Əkrəm" mərkəzinin rəisi, həmkarlığı ilə yerli vaxtla saat 9:00-da başlayacaq və Zöhr namazı vaxtı sona çatacaqdır.
Bu tolantıda Cameətul-Mustafa əl-Aləmiyyə universitetinin nümayəndəsi İmam Əlinin (ə) viladət, xilafət və şəhadəti barədə danışacaq və bu barədə sualları cavablandıracaqdır.
Pirniya dedi: Salim Əli Yusif – İmam Sadiq (ə) mədrəsəsinin İslam elmləri ustadı və Rical Natufa - Tananaryo şəhərinin "Ər-Rəsulul-Əkrəm" mərkəzinin Dini elmlər ustadı da bu toplantıda danışacaqlar.
Bu toplantıda iclasın mövzularına aid yarış keçiriləcək və sonda qaliblər mükafatlandırılacaqlar.
Həmçinin toplantıda Cameətul-Mustafa əl-Aləmiyyə universitetinin dini nəğmələr qrupu İmam Əli (ə) barəsində şerlər oxuyacaqlar.
1020345