IQNA

Keçən gecə 29-cu Beynəlxalq Quran yarışları sona çatdı

12:51 - June 23, 2012
Xəbər sayı: 2352310
Quran üzrə fəaliyyətlər qrupu: Dünən gecə iyun ayının 22-də 29-cu Beynəlxalq Quran yarışları yekun mərasimi düzənləyib qalibləri elan edərək sona çatdı.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Dünən gecə iyun ayının 22-də 29-cu Beynəlxalq Quran yarışları Milad qülləsində yekun mərasimi düzənləyib 29-cu turun Qiraət və Hifz sahəsində qaliblərini elan edərək sona çatdı.
Bu xəbərə görə yekun mərasimi İİR-in milli himninin çalınması ilə başlayıb. Sonra Qiraət üzrə birinci yerin sahibi Qasim Müqəddəmi Quran oxuyub.
Sonra 29-cu Beynəlxalq Quran yarışları üçün hazırlanmış klip göstərilib.
Bundan sonra 29-cu Beynəlxalq Quran yarışlarının Hifz üzrə qalibi Hüseyn Mötəmidi Quran tilavət edib.
Daha sonra Vəliyyi Fəqihin nümayəndəsi Höccətul-İslam Əli Məhəmmədi çıxış edib və İmam Hüseynin (ə) doğum gününü hamıya təbrik deyib. O,həmçinin “Pasdar” gününü də iştirakçılara təbrik deyib və İmam Xomeyninin bu kəlamınıxatırladıb: “Əgər Sepah olmasaydı ölkə də (İran) yox idi”.
O, İran qarilərinin birinci yerə çıxmasının səbəbini 1624 dəfə daxilidə keçirilmiş yarışları bilib.
Sonra 29-cu Beynəlxalq Quran yarışları hakimlər heyətinin bəyaniyyəsi oxundu ki, bəyaniyyənin bəzi hissələrini diqqətinizə çatdırırıq:
1. Bu yarışlar İnqilab Liderinin göstərişləri əsasında həyata keçirilib.
2. Bu turun İslam Oyanışı ilə eyni vaxta keçirilməsi səbəb olacaqdır ki, Quran təlimləri və İslamın izzəti bütün müsəlman ölkələrini əhatə etsin.
3. Bu müsabiqələr bu il olduğu kimi elmi məsələlərə daha çox diqqət edilməsinə səbəb olacaqdır.
4. İştirakçıların bu turda 15 faiz çoxalması yarışlarda yeni qanunların icadına səbəb olmuşdur.
5. Xarici və İranlı hakimlərin bu turda həmkarlığı ədalət və məhəbbət ruhunun yüksəlişi deməkdir.
Bundan sonra İİR-in parlament sədri Əli Laricani çıxış etdi.
Sonda isə 29-cu turun qalibləri mükafatlandırdılar.
1035375
captcha