IQNA

İmam Musa Sədr İtaliyaya səfər etməyib

13:54 - June 24, 2012
Xəbər sayı: 2353231
Beynəlxalq qrup: Mustafa Əbdülcəlil İmam Musa Sədrin paltarlarının Liviyada tapılmasına işarə edərək deyib: Şiələrin oğurlanaraq qaçırılmış rəhbəri İtaliyaya getməmiş və Liviyanın paytaxtı Tropilidə (Trablos) olmuşdur.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Livan çapı olan “Əl-Liva” qəzetinə istinadən verdiyi xəbərə görə Mustafa Əbdülcəlil - Liviyanın Keçid Şurasının rəisi, “Əl-Ərəbiyyə” peyk Tele kanalı ilə müsahibəsində İmam Musa Sədrin paltarlarının Liviyada tapılmasına işarə edərək deyib: “Şiələrin oğurlanaraq qaçırılmış rəhbəri İmam Musa Sədr və onun dostları İtaliyaya getməmiş və Liviyanın paytaxtı Tropilidə (Trablos) olmuşdur. Bu bir həqiqətdir və bu məsələnin xırda detalları Baş prokrorluğun sənədləri arasında mövcuddur. Liviyanı tərk edərək İtaliyaya getmiş şəxslər başqaları olmuş və biz onları tanıyırıq… Amma İmam Musa Sədrin sağ olub olmamsı haqqında olan həqiqətlər araşdırmalar nəticəsində aydın olacaqdır.
Araşdırmalar nəticəsində İmam Musa Sədrin libasları tapılmış və libasların ona aid olduğu təsdiqlənmişdir”.
Mustafa Əbdülcəlil - Liviyanın Keçid Şurasının rəisi, dedi: “Biz dəstə halında basdırlımış insanlar qəbri də tapdıq ki, İmam Musa Sədrin də onların arasında olduğunu düşünürük. Amma Livan dövləti 3 ay keçməsinə baxmayaraq D.N.A analizlərinin cavabını bizə bildirməmişdir”.
Qeyd edək ki, Əl-Liva qəzeti əvvəllərdə bu barədə xəbərlər yaymış və İmam Musa Sədrin oğurlandıqdan sonra da sağ olduğunu demişdi. Bu xəbərlərə görə İmam Musa Sədr 1998-ci ildə zindanda vəfat etmişdir.
Bu barədə araşdırma aparanların çoxu inanırlar ki, o artıq həyatda deyildir. Çünki sağ olsa idi Qəzzafi rejimi süqut etdikdən sonra indiyədək tapılardı.
İmam Musa Sədr – Livan Şiələrinin Ali Məclisinin rəisi, 1978-ci ildə Məhəmməd Yəqub və Abbas Bədrüddin ilə birlikdə Liviya dövləti tərəfindən oğurlanmış və Livan dövlətinin səylərinə baxmayaraq indiyə qədər ondan dəqiq bir xəbər əldə olunmamışdır.
1035612
captcha