İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Əl-Aləm" kanalına istinadən verdiyi xəbərə görə Səudiyyə Ərəbistanın sözü gedən nazirliyi məscid imamlarına elaniyyə göndərərək Məsihi və Yəhudilərin Cümə və Camaat namazlarında lənət və nifrin olunmaslarını qadağan edti.
Səudiyyə Ərəbistanın İslami işlər və Vəqf nazirliyi bu elaniyyədə şiələrin təhqir və nifrin edilməsini qadağan etməmişdir və səudi alimləri hələdə məscidlərdə şiələrin təhqir və nifrin edilməsində icazəlidirlər.
Ərəbistanın təqribən 3 milyon cəmiyyəti şiədir. Bu şiələr zülm və ədalətsizliyə məruz qalaraq ərəbistanın neft yatagı olan Əş-Şərqiyyə məntəqəsində yaşayırlar. Şiələrə dövlət vəzifələri verilmir. Onların KİV-də və mediada çıxış haqları yoxdur.
1073804