Beynəlxalq qrup: Fatimə Nabil – Misirin ilk hicabl; apar;c;s; mətbuata açıqlamasında bildirib ki, inqilab nəhayət ki, dövlət televiziyasına da gəlib çıxdı. Nabilin nümunəsindən bir çox teleaparıcının istifadə edəcəyi də gözlənilir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «fr.news.yahoo» saytına istinadən verdiyi xəbərə görə Misirin dövlət telekanalında ilk dəfə teleaparıcı Fatimə Nəbil Misirdəki 40 illik məhdudiyyətdən sonra baş örtüyündə xəbərlər proqramına çıxıb.
Fatimə Nabil mətbuata açıqlamasında bildirib ki, inqilab nəhayət ki, dövlət televiziyasına da gəlib çıxdı. Nabilin nümunəsindən bir çox teleaparıcının istifadə edəcəyi də gözlənilir.
Qeyd edək ki, 20-ci əsrin 60-cı illərindən Misirdə teleaparıcılara baş örtüyündən istifadə etmək qeyri-rəsmi olaraq qadağan edilmişdi. Bir müddət əvvəl Misirin yeni informasiya naziri baş örtüyü misirli xanımların əksəriyyətinin həyat tərzi olduğunu bəyan edib.
1090236