IQNA

Türkiyədə Beynəlxalq Qüds toplantısı

18:37 - September 07, 2012
Xəbər sayı: 2406666
Siyasi qrup: Beynəlxalq Qüds silsilə toplantılarının VII turu bu dəfə Türkiyədə keçirilir. Hal-hazırda bu toplantı "Qüdsdə İslam Ümmətinin oyanışı" adı ilə Beynəlxalq Qüds Müəssisəsi tərəfindən İstambulda təşkil edilmişdir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın qərb regionu üzrə şöbəsinin verdiyi xəbərə görə bu beynəlxalq toplantı daxili və xarici qonaqların iştirakı ilə sentyabr ayının 4-dən işə başlamış və sentyabr ayının 9-dək davam edəcəkdir.
Bu mərasimin açılışında Nurəddin Nəbati – "Ədalət və rifah" partiyasının nümayəndəsi, dedi: Qüds məsələsi bütün dünya müsəlmanları üçün çox əhəmiyyət daşıyır. Biz hamımız onun əvvəlki vəziyyətinə qayıtmasını istəyirik. Bu hədəfə çatmaq üçün bu məsələ ilə bağlı tarixi, mədəni, siyasi məlumatları cavanlara çatdırmalıyıq.
Yasin Həmud – Beynəlxalq Qüds müəssisəsinin rəisi, Türkiyə və Fələstin münasibətlərinə işarə edərək dedi: Türkiyə Fələstin xalqının probleminin həllində çalışır. Və onun azadlığı üçün heç bir köməyi əsirgəmiyəcəkdir... Hər bir cavan öz gücü həddində Qüds probleminin həlli üçün təsir edici ola bilər.
Qeyd edək ki, bu illik toplantı Qətər, Küveyt, Sudan, Əlcəzair, Misir və Yəməm kimi ölkələrdə keçirilmişdir. İndi isə 6 gün müddətində Türkiyədə keçirilir.
1091381
captcha