Beynəlxalq şöbə: ABŞ prezidenti son zamanlar müsəlmanların qəzəbinə səbəb olan anti-islam filmə münasibət bildirərək dedi: Bu film ABŞ dövlətinə də təhqirdir, amma dövlət filmin yayımlanmasını qadağan edə bilməz.
İQNA xəbər agentliyinin Vaşınqton qəzetinə istinadən verdiyi məlumata əsasən, ABŞ prezidenti Barak Obama BMT baş assambleyasının 67-ci sessiyasında çıxışı zamanı dedi: Ölkəmizdə söz azadlığı olduğu üçün bu filmlərin yayımlanmasını qadağan edə bilmərik.
O bu sözləri deyərkən İslam Peyğəmbərinin (s) böyük şəxsiyyətini nəzərə almadı. O fikirləşmir ki İslam Peyğəmbərinə (s) hörmətsizlik, bir milyard yarım müsəlmanın müqəddəs inanclarına hörmətsizlikdir. O hələ utanmadan özünü İslam Peyğəmbəri ilə müqayisə edərək dedi: Mən ölkə başçısı olaraq xalqın hər gün mənim ünvanıma dedikləri pis sözləri qəbul edir və onların bu hüququndan müdafiə edirəm.
1107503.