IQNA

Ərəbistanda şiə ruhanisi həbs olundu

10:36 - September 28, 2012
Xəbər sayı: 2421246
Beynəlxalq şöbə: Ərəbistanın insan hüquqları müdafiəçiləri, dövlət məmurlarının şiə ruhanisi Hüseyn Ər-razini həbs etdiklərini bildirdilər.
İQNA xəbər agentliyinin “huffingtonpost” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Ərəbistanın insan hüquqları müdafiəçiləri, Səud rejiminin təhlükəsizlik qüvvələrinin bazar ertəsi günü Əl-Ehsa vilayətinin Əl-İmran şəhərində şiə ruhanisinin evinə hücum apararaq onu həbs etdiklərini bildirdilər.
Onların dediklərinə əsasən, Hüseyn Ər-razini son zamanlar bölgədə anti-islam film əleyhinə keçirilən etiraz aksiyalarına görədir.
Ərəbistan nazirliyinin şərhçisi Mənsur Ət-turki, Fransa müxbirinə verdiyi müsahibədə bu şiə ruhanisinin tutulmasından xəbərsiz olduğunu bildirdi.
Şeyx Razi xalqı anti-islam filmə qarşı etiraz aksiyası keçirmək üçün dəvət edən Ərəbistanın 70 şiə ruhanisindən biridir.
Qeyd edək ki, Əl-İmran şəhərinin əhalisi ötən günlər anti-islam filmi məhkum etmiş və Amerika və Sionist əleyhinə şüarlar səsləndirmişlər.
1107305.
captcha