İQNA xəbər agentliyinin “oic-oci” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, sabah İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əkməluddin Ehsanoğlu, Fransa xarici işlər naziri Loran Fabius və bir sıra dövlət rəsmiləri ilə görüşmək məqsədi ilə Parisə yola düşür.
Məlumata əsasən, Ehsanoğlu görüş zamanı müsəlmanları maraqlandıran bir sıra əhəmiyyətli məsələlər barədə fikir mübadiləsi aparacaq.
Ehsanoğlu səfər çərçivəsində həmçinin son zamanlar İslam əleyhinə atılan addımların artmasının səbəbləri xüsusilə Fransız jurnalında dərc olan İslam Peyğəmbərinin (s) karikaturası barədə də danışıqlar aparacaqdır.
1110839.