IQNA

ABŞ-ın Mişigan universitetində İslami Hicab Həftəsi keçirilir

22:22 - October 20, 2012
Xəbər sayı: 2434848
Beynəlxalq qrup: ABŞ-ın Mişigan universitetinin Din və Fəlsəfə fakültəsinin təşəbbüsü ilə İslami Hicab Həftəsi iki il ardıcıl olaraq İslam dini haqqında məlumatın çoxaldılması hədəfi ilə keçirilir.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "ONİSLAM" saytına istinadən verdiyi xəbərə görə Amanda Jaczkowski - ABŞ-ın Mişigan universitetində İslami Hicab Həftəsini düzənləyən məsullardan biri, dedi: Biz Hicab Həftəsini keçitmək ilə istəyirik ki, Amerikalı müsəlman xanımların Hicab seçmək hüququna malik olduğunu sübut edək.
Hicab daxili bir əhdin və əqidənin xarici simvoludur.
Bu xəbərə görə ABŞ-ın Mişigan universitetinin qeyri-müsəlman tələbələri də müsəlman tələbələrə və hicaba olan ehtiramlarını göstərmək üçün bir həftə müddətində hicabdan istifadə edəcəklər.
Hicab həftəsi oktyabr ayının 14-dən başlamış və oktyabr ayının 21-dək davam edəcəkdir.
Hicab həftəsində tələbələr dini qanunlara riayət edəcək və xanımlar hicab örtəcəklər.
Ehtimallara əsasəm ABŞ-da 8 milyona qədər müsəlman yaşayır.

1122531
captcha