IQNA

Miyanmarda qarşıdurmalar 20 min müsəlmanın qaçqın düşməsi ilə nəticələnib

6:03 - October 30, 2012
Xəbər sayı: 2440077
Beynəlxalq qrup: BMT-nin vəzifəli şəxslərindən biri dünən oktyabr ayının 28-də dedi: Buddistlər və Raxinalı müsəlmanlar arasındakı qarşıdurmalar nəticəsində 20 min müsəlman qaçqın düşüb, 4500 ev yabıb və Qurban bayramı tətilləri bu il İslami Təşkilatlar tərəfindən ləğv edildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "WPTZ" saytına istinadən verdiyi xəbərə görə BMT-in Humanitar İşlər Üzrə Təşkilatçılıq məsulu, bu gün, 28 oktyabr Miyanmardan 20 min müsəlmanın qaçqın düşdüyü, Raxində çox sayda insanların öldüyünü və 4500 ev yandırıldığını elan edib.
Peyk vasitəsilə çəkilən və İnsan Hüquqları Təşkilatının yaydığı şəkillərə əsasən Raxin vilayətinin Kiyaukipyu şəhərində evlərin viran edildiyi və müsəlmanların çətin şəraiti göstərilir.
Fil Rabertsun - İnsan Hüquqları Təşkilatının Asiya regionu üzrə müdiri, bu şəkillərin yayılmasından sonra dedi: Miyanmar dövləti tez bir zamanda quldur buddistlərin hücumlarına məruz qalmış müsəlmanların Raxin əyalətində təhlükəsizliyini təmin etməlidir.
Miyanmar dövləti oktyabr ayının 28-də Raxin vilayətində müsəlmanların öldürülməsi və evlərinin viran edilməsini təsdiq etmişdir.

1128144
captcha