IQNA

Malaziyada Qahirənin "Əl-Əzhər" Dini Universitetinin filialı açılacaq

11:15 - January 02, 2013
Xəbər sayı: 2474364
Beynəlxalq şöbə: "Əl-Əzhər" universitetinin Şeyxi, Qahirədə Malaziyanın səfiri ilə görüşündə mötədil İslam fikirlərinin Malaziyada yayılması məqsədi ilə Misirin Qahirdə yerləşən "Əl-Əzhər" Dini Universitetinin bu ölkədə filialının təsis edilməsi barədə ilkin razılığını bildirmişdir.

İQNA-nın (İran Quran Xəbər Agentliyi) Ərəbistan çapı ilan "Ər-Riyaz" qəzetinə istinadən verdiyi xəbərə görə Əhməd Təyyib - "Əl-Əzhər" universitetinin Şeyxi, dünən dekabr ayının 31-də Məhəmməd Fəxrüddin Əbdül-Müti - Malaziyanın Misirdəki səfiri, ilə görüşündə mötədil İslam fikirlərinin Malaziyada yayılması məqsədi ilə Misirin Qahirdə yerləşən "Əl-Əzhər" Dini Universitetinin bu ölkədə filialının təsis edilməsi barədə ilkin razılığını bildirmişdir.
Malaziyanən səfiri Əl-Əzhərin filialının ölkəsində təsis edilməsini maraqlı olduğunu bildirmiş və Əl-Əzhərin Şeyxi də Malaziyadan bunun üçün tikiləcək universitetin geniş planını istəmişdir.
Əhməd Təyyib bu işin həyata keçməsi üçün bütün gücü ilə çalışıacağını, Şərqi Asiya tələbələrinin bu universitetdə təhsil alacağını və Əl-Əzhərin bu regionda müsəlmanlarla sıx rabitəsinin yaranacağına ümid etdiyini demişdir.
1164430
captcha