İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm TV-nin saytına istinadən verdiyi xəbərə görə bu aksiya 2013-cü ilin Fevral ayının 15-i üçün nəzərdə tutulmuşdur. Aksiyadan məqsəd Ərəbistanın müxtəlif şəhərlərində həbs edilmiş siyasi dustaqlarla həmrəylik elan etməkdir.
Son vaxtlarda da siyasi dustaqlarla həmrəylik elan etmək üçün Ərəbistanın bir-neçə mühüm şəhərində, o cümlədən Qəsim və Məkkədə aksiyalar həyata keçirilmişdir.
"Ümmət" partiyası ərəbistandan aksiyaların çoxalmasını bu ölkədə də inqilabın yaxınlaşmasına işarə olduğunu demişdir.
Ərəbistdanda aksiyalar bir halda keçirilir ki, bu ölkədə hər hansı bir toplantı və etiraz fəaliyyəti qadağan edilmişdir və cinayət sayılır.
1166247