İQNA-nın (İran Quran Xəbər Agentliyi) " Almadina Institute" xəbər saytına istinadən verdiyi xerdiyi xəbərə görə tanınmış alimlərin iştirakı ilə keçiriləcək bu üç günlük toplantıda Qurani-Kərimin zahiri və mənəvi cəhətləti araşdırılacaqdır.
Bu toplantıda Qurani-Kərimin bu gün daha çox ehtiyac duyulan bir-çox ayələrinin təfsirinə baxılacaq.
Toplantının icraçları müsəlman və qeyri-müsəlman alimləri toplantıda iştirak etmək üçün dəvət ediblər ki, Quran dəryasına baş vurub dünyanın ən gözəl mirvarilərini bu dəryada ovlasınlar.
Bu toplantı "Əl-Mədinə" İslam Müəssisəsinin təşəbbüsü ilə Quranın möcüzəvi və elmi tərəflərini araşdırmaq üçün 4 ildir ki, ardıcıl olaraq ABŞ-da keçirilir.
1169038