IQNA

"Dini demokratiya" kitabının açılış mərasimi keçiriləcək

12:21 - January 29, 2013
Xəbər sayı: 2488077
Beynəlxalq qrup: Mübarək "Fəcr" ongünlüyündə (İslam İnqilabının qələbəsi) Məhəmmədbaqir Xürrəmşahinin - İslami Mədəniyyət və Əlaqələr Təşkilatının rəisi, müəllifi olduğu "Dini demokratiya" kitabının Ərəb və İngiliscə tərcüməsinin açılış mərasimi olacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslami Mədəniyyət və Əlaqələr Təşkilatı şöbəsinin verdiyi xəbərə görə "Dini demokratiya" kitabı din və demokratiya mövzusunda yazılmış məqalələr toplusudur ki, Məhəmmədbaqir Xürrəmşahi tərəfindən toplanılmış və İslam Maarifi və Təcrübü elmlərin tərcümə və nəşri mərkəzi tərəfindən Ərəb və İngilis dilinə tərcümə və çap edilmişdir.
Bu kitabın açılış mərasimi fevral ayının 2-də bir qrup tədqiqatçı, mütərcim və yazıçının iştirakı ilə İslami Mədəniyyət və Əlaqələr Təşkilatında keçiriləcəkdir.
Kitab insanların din və demokratiya mövzusu ilə yaxından tanış olması hədəfi ilə tərcümə və çap edilmişdir.
Kitabı Ərəb dilinə Şakir Kəsrayi, Əbdülmehdi Bazirgan və İngilis dilinə Əli Nəsiri və Ecaz Hüseyni tərcemə etmişlər.

1179255
captcha