IQNA

7:37 - February 27, 2013
Xəbər sayı: 2503120
Beynəlxalq qrup: Miyanmar dövlətinin cinayət və işgəncələrindən canını qurtarmaq üçün qonşu ölkələrə qaçan 97 nəfər Raxinalı müsəlman 25 gün dəniz yollarında sərgərdan dolandıqdan sonar aclıqdan vəfat etmişlər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Press TV" kanalına istinadən verdiyi xəbərə görə Miyanmar dövlətinin cinayət və işgəncələrindən canını qurtarmaq üçün qonşu ölkələrə qaçan 97 nəfər Raxinalı müsəlman 25 gün dəniz yollarında sərgərdan dolandıqdan sonar aclıqdan vəfat etmişlər.
Bunu Serilanka sahillərində nicat tapmış 33 nəfər miyanmarlı müsəlman deyib. Onların dediklərinə görə qaçqınlar qayıqla Malaziyaya tərəf hərəkət edirlərmiş ki, Tayland polisi onların qarşısını almış və qayıqlarının mühərrikini işə yararsız vəziyyətə salmışlar.
Bu 33 nəfər (32 kişi və 1 uşaq) 25 gün suyun üzündə ac-susuz qaldıqdan sonra Serilanka polisi tərəfindən xilas edilmişlər. Onların dediklərinə görə sayları 130 nəfər olub. Yol boyunca onların 97 nəfəri aclıqdan ölüb.
Tayland dəniz qüvvələri bu xəbəri təkzib edirlər.
Bu arada Miyanmar dövləti hələ də müsəlmanları bu ölkədə rəsmi vətəndaş kimi tanımaq istəmir. Və 800 min müsəlmanı Bangladeşdən gəlmiş qanunsuz mühacir adlandırırlar. Bir halda ki, Bangladeş də bu müsəlmanların məsuliyyətini üzərinə götürmür.
Keçən ilin yay aylarından bəri 1000-dən çox müsəlman qaçqın düşmüş və çoxlu sayda da öldürülmüşdür.
1195331
Ad:
E-poçt:
* Comment:
* captcha: