IQNA

İİR-nın prezidenti Dr. Ruhani səfər öncəsi Ali Dini Lider ilə görüşdü

0:11 - September 23, 2013
Xəbər sayı: 2593437
Siyasi qrup: İran İslam Respublikasının Prezidenti Cənab Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani Nyu-Yorka səfərindən öncə İslam İnqilabının rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xamenei ilə görüşərək onun xeyir-duasını aldı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xameneinin dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının Prezidenti Cənab Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani Nyu-Yorka səfərindən öncə İslam İnqilabının rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xamenei ilə görüşərək onun xeyir-duasını aldı.
Dr. Ruhani bu səfərə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak etmək üçün çıxmışdır.
Bu görüşdə İslam İnqilabının rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Xamenei ölkə prezidenti üçün uğurlar arzuladı.

1292082
captcha