Beynəlxalq qrup: İngiltərənin məşhur və çoxsaylı oxucuya sahib olan “Gardian” qəzeti öz oxucuları arasında "Nobel sülh mükafatı"na layiq görülə bilən namizədlər barəsində sorğu keçirib. Sorğu iştirakçılarının fikirincə İran İslam respublikasının idniki prezidenti Həsən Ruhani "Nobel sülh mükafatı"nı almağa layiqdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press TV-yə istinadən verdiyi məlumata əsasən, İngiltərənin məşhur və çoxsaylı oxucuya sahib olan “Gardian” qəzeti öz oxucuları arasında "Nobel sülh mükafatı"na layiq görülə bilən namizədlər barəsində keçirdiyi bir sorğuda adı çəkilən qəzetin nəzərdə tutduğu doqquz namizədin arasında İran İslam Respublikasının prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhaninin də adı olmuşdur.
Bu vaxta qədər Pakistanlı ictimai işlərdə fəal olan Məlalə Yusif Zeyd birinci yerdə, ondan sonra isə ikinci yerdə Dr. Həsən Ruhani gəlir.
Sorğuda iştirak edənlərin 70 faizi Dr. Həsən Ruhaninin "Nobel Sülh Mükafatı"na layiq olduğunu düşünürlər.
1300699