IQNA

Pap Türkyədə Sultan Əhməd məscidini və Ayasofiyanı ziyarət etdi

23:48 - November 30, 2014
Xəbər sayı: 2613523
Xarici Şöbə: Dünya katoliklərinin rəhbəri Pap Fransis, özünün Türkiyədəki səfərinin ikinci günündə bu öklənin məşhur və qədimi məscidlərindən sayılan Sultan Əhməd və Ayasofiya məscidlərini də İstambulda ziyarət etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "TRT" saytına istinadən verdiyi xəbərə görə Pap Fransisi və onunla birgə olan heyəti gətirən təyyarə dünən, 29 noyabr, İstambulun "Atatürk" hava limanında yerə oturdu.

Dünya katoliklərinin rəhbəri Pap Fransis və müşayət edən heyət İstambulun meri Asip Şahin və "Fənər Rum" kilisəsinin yekiskopu Bartolomus tərəfindən qarşılandılar.

Pap Fransis və müşayət edən heyət ilk öncə Sultan Əhməd məscidini ziyarət etdi. Və bu ziyarət zamanı onu İstambulun müftisi Rəhmi Yaran müşayət edirdi. Onlar məscidin müxtəlif hissələrini gəzdilər, gördülər. Sonra Pap və Müfti dua mərasimi keçirdilər.

Pap bu ziyarətdən sonra Ayasofiya məscidinə də getdi və turistlər tərəfindən böyük ehtiramla qarşılandı.

Pap Fransis "Ayasofiya" məscidində lazım olan məlumatları bu məscid barəsində Xeyrullah Çingizdən öyrəndikdən sonra muzeyin dəftərinə öz xatirə sözlərini yazıb.



2613194

Teqlər: Pap ، türkiyə ، Əroğan ، Ayasofya
captcha