Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin "Milad" qülləsində keçirilməkdə olan "Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi"nin 5-ci turunun haşiyəsində bu gün, cümə, "Şəfa" təlim seminarı keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin "Milad" qülləsinin keçirilməkdə olan "Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi"nin 5-ci turunun haşiyəsində cümə günü (02, 01, 2015) "Sədi" adına konfrans zalında "Şəfa" təlim seminarı keçiriləcək.
Bu seminarda Hüseyn İqbalinəsəb – Quran qiraət ustası, Quran üzrə mütəxəssis və məşvərətçi, "Quran-Kərimin dərmanyönlü ayələri" mövzusunda məsələlərə toxunacaqdır.
Bu seminar Cümə günü yerli vaxtla saat 14:00-dan 16:00-dək keçiriləcəkdir. Seminarda iştirak etmək hamı üçün azaddır.