IQNA

21:52 - February 16, 2015
Xəbər sayı: 2859525
Beynəlxalq qrup: Zəhra Hüseyn – Bakıdan 3 yaşlı qız, Azərbaycanda Quran-Kərimdən müxtəlif surələri əzbərdən bilən ən azyaşlı Quran hafizi sayılır, o xüsusi peşəkar müəllimi olmadan Quranın 37 surəsini hifz edə bilmişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Azərbaycanın ən kiçik Quran hafizi Zəhra Hüseyn adlı 3 yaşı qızdır ki, o indiyədək Quran-Kərimdən 37 surəsni xüsusi peşəkar müəllimi olmadan hifz edə və əzbərləyə bilmişdir.



Zəhranın anası bu barədə deyib: Hamilə olduğum zaman həmişə Quran-Kərimi tilavət edir və Quran səsinə qulaq asmağa çox əhəmiyyət verirdim".



O əlavə edib: "Zəhra dünyaya gəldikdən sonra ona "lay-lay" yerinə Quranın kiçik surələrini avazla oxuyurdum. Zəhranın bir yaşı olarkən onun bəzi Quran ayələrini təkrarladığının şahidi oldum. Bunu gördükdə kiçik ayələri ona öyrətməyə başladım".



Zəhra Hüseyn indiyədək xüsusi və Quran hifzi üzrə peşəkar müəllimi olmadan Quran-Kərimdən 37 surəni hifz edə bilmişdir. O bir yaşında olarkən Quranın "İxlas", "Fələq" və "Nas" kimi kiçik surələrini və iki yaşına ayaq basanda isə artıq Qurandan 8 surəni hifzdən əzbərləmişdi.



Zəhranın ailəsi onun bu istedadını Allahın lütfü və kəraməti hesab edirlər.



Zəhranın tilavət videosunu dinləmək üçün aşığıdakı linkdən videonu endirin:





 

Teqlər: quran ، hifz ، z əhra ، az ، yaşlı
Ad:
E-poçt:
* Comment:
* captcha: