IQNA

Almatı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilib

9:27 - February 25, 2015
Xəbər sayı: 2894747
Tehran(IQNA)_ Bu şəhər ölkənin ən iri iqtisadi, elm və mədəniyyət mərkəzidir .Qazaxıstanın Almatı şəhəri 2015-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilib.

İslam.az "Report"a istinadən xəbər verir ki, bunu İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "Almatı - İslam mədəniyyəti paytaxtı" adlı beynəlxalq konfransın açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Almatı Qazaxıstanın ən iri iqtisadi, elm və mədəniyyət mərkəzidir.
Bu beynəlxalq tədbir fevralın 24-də işə başlayıb. Konfransın plenar iclasına İslam Əmkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri, İSESKO-nun nümayəndələri, beynəlxaq təşkilatların təmsilçiləri və dini liderlər dəvət edilib.

Tədbirin təşkilatçıları Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Qazax Mədəni-elmi-Araşdırma İnsitutu və Almatı şəhər hökumətidir.
Xatırladaq ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı olub.

islam.az

 

Teqlər: almatı ، mədəniyyət ، paytaxt ، İslam
captcha