İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Mədəniyyəti və Beynəlxalq Əlaqələr Təşkilatının xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə Höccətül-islam vəl-müslimin Əbazəri – İİR-nın İraqdakı Mədəniyyət İdarəsinin rəisi, İraqın Nəcəf əl-Əşrəf şəhərində müqəddəs məkanları ziyarət etmək üçün gəlmiş Negirya şiələrinin rəhbəri Şeyx İbrahim Zak Zaki ilə görüşüb.
Höccətül-islam vəl-müslimin Əbazəri bu görüşdə Şeyx İbrahim Zak Zəkini Afrikada Əhl-Beyt (ə) məktəbinin həqiqi sivmolu adlandıraraq, onun - "Nigeriyada Qüds günü üç şəhid verən ata" kimi -, səbrinə afərin dedi.
Nigeriya şiələrinin rəhbəri də öz növbəsində İran İslam Respublikasını bütün dünya müsəlmanların, xüsusilə də bütün şiələrin və Əhl-Beyt (ə) davamçılarının hamisi, dayağı və güvənc yeri olaraq tərif etdi və rəhmətlik İmam Xomeynini xalis Məhəmməd İslamının həyatvericisi adlandırdı.
O, İran İslam İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneini rəhmətlik İmam Xomeyninin layiqli canişini, İslam İnqilabı hərəkətinin bayraqdarı, zülm əleyhinə vuruşanların və azadlıq istəyənlərin rəhbəri adlandırdı.