İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aluka" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Gürcüstan müsəlmanlarının dini idarəsi ölkədə "Müsəlman Qadınlar Təşkilatı"nın təsis edilməsi ilə razılaşıb. Təşkilatın yaradılmasının ümdə hədəfi Gürcüstan qadınlarına aid müxtəlif təşkilatlar ilə qarşılıqlı əlaqələrin qurulması, dini, mədəni, ictimai və hümanitar işlərdə həmkarlıq və birgə fəaliyyətdir.
Qadınlar cameəsində müştərək fəaliyyətlərin icrası, ailə və qadın məsələləri üzərində mərkəzləşmə, qadınların dini, elmi və ailə problemlərinin həllində kömək və s... məsələlər də bu təşkilatın yaradılmasının digər hədəfləri olaraq göstərilib.
Yeni yaranacaq bu təşkilat ali dini savadlı 15 nəfər müsəlman qadından mütəşəkkil olacaq.