IQNA

Taliban kilsəyə silahlı hücum edib

10:27 - March 16, 2015
Xəbər sayı: 2991616
Tehran(IQNA)_Pakistanın Lahor şəhərində kilsələrin birinə silahlı hücum təşkil edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " AzadXeber.az "- ə istinadən veriyi məlumata görə, terror aktını “Taliban” terror qruplaşması həyata keçirib. Hücum nəticəsində azı 6 nəfər dünyasını dəyişib, 50-dən çox insan isə ağır yaralanıb.
Hadisə ilə bağlı açıqlama verən Lahor şəhərinin polis rəisi  hücumun insanlarn dua etdiyi zaman edildiyini bildirib.  O həmçinin polis əməkdaşları tərəfindən bir neçə kamikadzeni zərərsizləşdirdiklərini açıqlayıb.

Teqlər: taliban ، kilsəyə ، silahlı ، hücum
captcha