IQNA

ABŞ İran və "Hizbullah"ı terroru dəstəkləyən qurumlar siyahısından çıxarıb

13:47 - March 17, 2015
Xəbər sayı: 3001204
Tehran(IQNA)_ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin (MKİ) ötən ay təqdim etdiyi hesabatda İran və "Hizbullah" terror siyahısından çıxarılıb.

IQNA-nın (Benəlxalq Quran Xəbər Agentiliyi) interaztv.com-a istinadən verdiyi məlumata görə, ABŞ kəşfiyyatının sədri Ceymz Klepperin ötən ayın 26-da ABŞ senatına təqdim etdiyi hesabatda İranın adı "İŞİD"ə qarşı mübarizə istiqamətində səylərinə görə həmin siyahıdan çıxarılıb.
Qeyd edək ki, ABŞ kəşfiyyatının öncəki hesabatlarında İran və "Hizbullah"ı terrorçu və terroru dəstəkləyən ölkələr və qurumlar siyahısında yerləşdirilmişdi.

Teqlər: hizbullah ، iran ، siyahıdan ، çıxdı
captcha