IQNA

12:55 - April 03, 2015
Xəbər sayı: 3080890
Xarici şöbə: Bakı şəhər sakinlərinin verdiyi məlumata görə Elşad Miri sionist mollası olan Adnan Oktarı və İngilslər tərəfindən yaradılmış vəhabilik təriqətinə aid olan terroçu İŞİD-i yeniyetmə və uşaqlara təbliğ etmək üçün arvadının da fiziki köməklərindən yararlanır.

İQNA_Tehran (Beynəlxalq Quran Xəbər Agentliyi): Təəssüflər olsun ki, cəmiyyətdə hələ də məzhəblərarası qarşıdurma yaratmaqla gündəmə gələn, əqidəsi heç bir dinə uyğun olmayan və özlərini “ilahiyyatçı” adlandıran dar düşüncəli şəxslərə rast gəlinir. Öz şəxsi mənafelərini hər şeydən üstün tutan bu cür insanlar həqiqi İslamdan kənar olan və heç bir dini əsaslara söykənməyən radikal məzhəbləri savadsız kütlə arasında yaymaqla özlərini cəmiyyətə “ilahiyyatçı” kimi sırımaqdan çəkinmirlər.

Bir vaxtlar, Türkiyədə İslam alimi kimi təqdim olunan, ətrafına əxlaqdan kənar qızları yığaraq onları “kedicik” adlandıran, sonradan fırıldaqçı olduğu üzə çıxan Adnan Oktarı, eləcə də onun əqidəsini dəstəkləyən Elşad Miri indi də zamanın nəbzini tutaraq sələfi məzhəbini özü üçün kumir seçib. Onun sələfi məzhəbində olması etdiyi çıxışlarda, verdiyi açıqlamalarda da öz əksini tapıb.

Elşad Mirinin radikal məzhəbləri dəstəkləməsinin digər bir sübutu isə bu gün redaksiyamıza vətəndaş Tural Allahverdiyev tərəfindən göndərilən yazıda açıq şəkildə əks olunub. Vətəndaş evə gedərkən təsadüfən bir qadının Biləcəri qəsəbəsində yerləşən 284 saylı orta məktəbin qarşısında azyaşlı uşaqları və şagirdləri ətrafına toplayaraq Harun Yəhyanın “Peyğəmbərimizin Möcüzələri” kitabını tərcümə olunmuş versiyada onlara payladığını müşahidə edib.

Elşad Mirinin həyat yoldaşı olduğu iddia edilən qadının radikal vəhabi əqidəsindən olan din xadimi Elxan Musayevin disklərini də azyaşlılara payladığı Tural Allahverdiyevin gözündən yayınmayıb.

O, gələcəyimiz olan uşaqların düşüncəsini pozan və onların sağlam ruhda formalaşmasına imkan verməyən bu cür kitabların paylanılmasının dövlət tərəfindən qadağan edildiyini qadının diqqətinə çatdıraraq ona mane olub.

Həmin vaxt əraziyə gələn polis əməkdaşları terror təbliğatının qarşısını alaraq üzərində “İŞİD” in özününküləşdirdiyi peyğəmbərin möhürü olan kitabları və diskləri azyaşlılardan geri alıb. Hadisədən xəbər tutan ətrafdakı insanlar da “İŞİD”i və onlara havadarlıq edib dəstəkləyənləri lənətləməkdən çəkinməyiblər.

Qeyd edək ki, Elşad Miri və onun kimi radikal məzhəbləri dəstəkləyənlərə, bununla da gənc nəslin düşüncəsinə mənfi təsir edənlərə qarşı əsl İslama dəyər verən həqiqi din xadimləri, eləcə də sağlam düşüncəli insanlar daim mübarizə aparacaqlar. Bu cür çirkin niyyətli insanların İslamı parçalamaq arzuları isə hər zaman ürəklərində qalacaq.

Qeyd edək ki, hadisədən bir neçə sahat sonra Biləcəri qəsəbəsində Elşad Miri vətəndaş Tural Allahverdiyevin qarşısına çıxaraq ona hədə qorxu gəlib, onu məhkəməyə verdiyini deyib. Elşad Miri Turala onun arvadına qarşı zorakılıq etdiyini də söyləyib. Məlum olur ki bu sözlərlə Elşad Miri Turalı şərləyəcəyini açıq aydın ona deyib.

 cenubnews.com

azadxeber.az

Teqlər: elşad ، miri ، vəhabi ، işid
Ad:
E-poçt:
* Comment:
* captcha: