IQNA-nın (Quran Xəbər Agentiliyi) İslamazeri-ə istinadən verdiyi xəbərə görə, uzun müddət İŞİD terrorçularının işğalında olan və mart ayında İraq ordusu və könüllülər tərəfindən azad edilən Tikrit şəhərində 12 kütləvi məzarlıq aşkar edilib.
Məlumata görə, aşkar edilən kütləvi məzarlıqlarda xeyli sayda sənəd aşkar edilib. Ehtimal edilir ki, kütləvi məzarlıqda basırılanlar 10 ay öncə İŞİD-in işğalı zamanı “Speicher” hərbi bazasından əsir götürülən 1660 hərbi xidmət keçən gəncin qalıqlarıdır. Hazırda 20 cəsədin qalıqlarının tapıldığı və onların “Speicher” hərbi bazasında xidmət edən hərbçilərə məxsus olması dəqiqləşdirilib.
Məlumatı İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid əl-Ətbi təsdiqləyib.