İQNA ( Beynəlxalq Quran Xəbər Agentiliyi) İslam.az-a istinadən xəbər verir ki, alman jurnalist Jurgen Todenhofer İŞİD-in tarixin ən böyük dini qətliama hazırlaşdığını bildirib.
Almaniyalı jurnalist ötən ay ölkəsinə qayıtdıqdan sonra kitab dərc edib. İŞİD-lə bağlı təfərrüatlarını qələmə alan Todenhofer “Stern” jurnalına da müsahibə verib. O, gördüklərindən sonra İŞİD-in “dini təmizlik” hərəkatı planladığı qənaətinə gəldiyini söyləyib.
“Onlarla əlaqədar hər şeyi bilmək məcburiyyətindəyik. Onlar soyqırım planlaşdırırlar. İndiyə qədər insanlıq tarixində baş verənləri kölgədə qoyacaq dini qətliam planlaşdırırlar”, - almaniyalı jurnalist vurğulayıb.
Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Suriya və İraqda çətinliklərlə üzləşən İŞİD qərargahını Qafqaza köçürür. Xəbəri təsdiqləyən Rusiya kəşfiyyat xidməti də İŞİD-in Şərqi Türküstan üzərindən Çinə keçmək istədiyini iddia edib.