İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) islamazeri.az-a istinadən verdiyi məlumatına görə, Tacikistanda ərəb mənşəli adlardan istifadə edilməsinə qadağa qoyulacaq. Bu fikri ölkə prezidenti İmaməli Rəhman mayın 4-də nazirlərlə təşkil etdiyi iclasda səsləndirib.
Ölkə başçısı qeyd edib ki, artıq bu istiqamətdə Ədliyyə Nazirliyi tərəfindən müvafiq addımlar atılır. O bildirib ki, yaxın günlərdə Tacikistanda ərəb mənşəli adların qadağan olunması üçün nazirlik tərəfindən qanun layihəsi də hazırlanacaq.
Qeyd edək ki, ölkə rəhbərliyinin bu çıxışı ölkədə birmənalı qarşılanmayıb. Prezidentin çıxışını dəstəkləyənlərin sayı qədər, ona etiraz edənlər də olub. Belə ki, ölkənin din xadimləri İ.Rəhmanın bu çıxışını onun dünyəvi bir insan və dünyaya bağlı olan bir insan olması ilə əlaqələndiriblər.