İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) islamazeri.az-a istinadla verdiyi xəbrə göre, O hicri 4-cü ildə Mədinə şəhərində dünyaya gəlib. Uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirib. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli (ə) ilə birgə yaşamış və Həzrəti Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak edib.
Əlinin (ə) şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) ilə çiyin-çiyinə çalışıb. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseynin (ə) boynuna düşüb. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab edib və nəhayət hicrətin altmış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhadətə qovuşub.
İmam Hüseyn (ə) Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdır.